Fikrət Sadıxov: “Platformada Azərbaycanı təmsil edən nümayəndələr fəal olmalıdır”
Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”-nın I Qurultayı keçirilib.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, vaxtilə buna oxşar addımlar atılıb:
“Bu platformanın Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı təsir göstərəcəyini demək hələ tezdir. Azərbaycan xalq diplomatiyası xətti ilə çalışıb ki, erməni cəmiyyətində öz maraqlarına yaxın adamları bu proseslərə cəlb etsin. Bizim orada təmsil olunan nümayəndələrimiz fəal olmalıdır”.