ABŞ ordusunun İraqdan çıxacağı tarix məlum oldu

© AP Photo / Dario Lopez-MillsABŞ ordusunun əsgərləri, arxiv şəkli
ABŞ ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İraqın baş naziri Heydər əl-Abadi ABŞ əsgərlərinin ölkəni tərk etməsini tələb etməyib

BAKI, 31 oktyabr — Sputnik. ABŞ qoşunları İŞİD məğlub olanadək İraqda qalacaq.

APA-nın verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

“Terrorçular İraqda tam məhv olanadək, biz İraqda qalacağıq” — deyə Tillerson bildirib.

O həmçinin  qeyd edib ki, İraqın baş naziri Heydər əl-Abadi ABŞ əsgərlərinin ölkəni tərk etməsini tələb etməyib.

Xəbər lenti
0