Daha bir türk dövləti latin qrafikasına keçir

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidПрезидент Казахстана Нурсултан Назарбаев, фото из архива
Президент Казахстана Нурсултан Назарбаев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nursultan Nazarbayev qazax dilinin latin əlifbasına keçidi haqqında fərman imzalayıb

BAKI, 27 oktyabr — Sputnik. Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb.

Sputnik Qazaxıstan-ın verdiyi xəbərə görə, fərmana əsasən  Qazaxıstan əlifbasının latın qrafikasına keçid prosesini təmin etmək üçün milli komissiyanın yaradılması barədə göstəriş verilib.

Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur.

Məlumata görə, fərmana latın qrafikasına əsaslanmış qazax  dilinin 32 hərfdən ibarət əlifbası əlavə edilib.  

Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikalı əlifbadan istifadə edilib. 1920-40-cı illərdə latın qrafikalı əlifbadan, 1940-cı ildən isə 42 hərfli kiril qrafikalı əlifbadan istifadə edilib.  

Xəbər lenti
0