CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yetirmişli: “Zəlzələnin riskini minimuma endirməyin yolları var”

© Sputnik / Murad OrujovAzərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən mətbuat konfransı zamanı, 25 oktyabr 2017-ci il
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən mətbuat konfransı zamanı, 25 oktyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyir ki, bu gün istifadə edilən ən müasir avadanlıqlar əvvəlki xətaları aradan qaldırıb

Qurban Yetirmişli: “Zəlzələnin qarşısını heç vaxt almaq olmaz”
“Qafqaz regionu seysmo-aktiv bölgədir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

“Bu ərazilərdə hər zaman dağıdıcı, güclü zəlzələlər olub. Bu gün də proses davam edir. Zəlzələ hər gün olur və olacaq. Əvvəlki dövrlərdə məlumatların emalı bizə çətinlik yaradırdı. Bu gün istifadə etdiyimiz ən müasir avadanlıqlar əvvəlki xətaları aradan qaldırıb. Zəlzələnin qarşısını heç vaxt almaq olmaz. Bunlar yer daxilində gedən proseslərdir” — deyə o bildirib.

Xəbər lenti
0