Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qeyri-rəsmi nikahda yaşadığı şəxsi öldürən kişi təslim olub

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən döyülərək öldürülüb

BAKI, 25 oktyabr — Sputnik. Bakıda qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən döyülərək öldürülüb. "Report" xəbər verir ki, qətl hadisəsi Sabunçu rayonunda baş verib.

Sabunçu Rayon Polis İdarəsindən (RPİ) verilən məlumata görə, Bakıxanov qəsəbəsi, Əli Babayev küçəsi ev 3, mənzil 4 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızı qeyri-rəsmi nikahda yaşadığı 1968-ci il təvəllüdlü Şaqalıyev Fərhad Cənnət oğlu ilə mübahisə edib. 

Mübahisə zamanı F.Şaqalıyev qadına təpiklə zərbələr vurub. Sonra isə qadının boğaz nahiyəsinə zərbələr endirib. G.Sadıqova sonuncu zərbədən sonra hadisə yerində dünyasını dəyişib. F.Şaqalıyev Sabunçu RPİ-ə gedərək könüllü təslim olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, F.Şaqalıyev hadisəni törədərkən sərxoş vəziyyətdə olub. O, G.Sadıqovanın qeyri-rəsmi nikahda yaşadığı üçüncü şəxsdir. G.Sadıqovanın bir azyaşlı oğlu var.

Xəbər lenti
0