CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlılar daha çox Türkiyəni seçir

CC0 / Samueles / IstanbulЛюди на улице Истикляль в Стамбуле, фото из архива
Люди на улице Истикляль в Стамбуле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2017-ci ilin birinci yarımilində turizm yollayışlarından istifadə etməklə ölkə ərazisində istirahət edən Azərbaycan Respublikası vətəndaşlarının sayı 6,3 min nəfər olub

BAKI, 24 oktyabr — Sputnik. Səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə xarici ölkələrdə istirahət edən Azərbaycan Respublikası vətəndaşlarının sayı 20,0 min nəfər olub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, onların 47,7 faizi Türkiyə, 12,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,4 faizi Rusiya Federasiyası, 9,1 faizi İran, 3,0 faizi Almaniya, 1,6 faizi Gürcüstan, 1,4 faizi İtaliya, 1,3 faizi Çexiya, 0,7 faizi Ukrayna və 10,1 faizi digər ölkələrə səyahət edib.

2017-ci ilin birinci yarımilində turizm yollayışlarından istifadə etməklə ölkə ərazisində istirahət edən Azərbaycan Respublikası vətəndaşlarının sayı 6,3 min nəfər olub. Onların 21,2 faizi İsmayıllı, 19,3 faizi Qəbələ, 16,7 faizi Xaçmaz, 12,7 faizi Xəzər, 9,7 faizi Qusar, 5,4 faizi Quba, 4,5 faizi Qax və 10,5 faizi ölkənin digər şəhər və rayonlarında istirahət edib.

Xəbər lenti
0