Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neft Fondu aktivlərinin artmasının ilginc səbəbi

© Sputnik / Murad OrujovГосударственный нефтяной фонд Азербайджана
Государственный нефтяной фонд Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Artımın əsas səbəbi ABŞ valyutasının digər valyutalara nəzərən ucuzlaşması ilə bağlıdır"

BAKI, 21 oktyabr — Sputnik. "Dövlət Neft Fondu aktivlərinin həcminin açıqlayıb. Məlum olur ki, oktyabrın 1-i tarixinə aktivlərin həcmi 36 milyard dolları keçib. Yola saldığımız 9 ay ərzində Fondun aktivləri $2,9 milyard və ya 8,7% artıb".

Bunu iqtisadçı-ekspert Samir Əliyev şəxsi "Facebook" səhifəsində yazıb.

Onun fikrincə, artımın əsas səbəbi ABŞ valyutasının digər valyutalara nəzərən ucuzlaşması ilə bağlıdır: "Artımın 44%-i Avropa valyutasının payına düşüb. Yanvar-sentyabr ayları ərzində avronun dollar qarşısında 12% bahalaşması Fonda dollar ifadəsində əlavə $1,3 milyard qazanc gətirib. İngilis funtunun artıma töhfəsi 8% olub. Funtun ABŞ valyutasına nəzərən 8,6% bahalaşması nəticəsində aktivlərimizi $232,4 milyon həcmində artırıb".

Ekspertin sözlərinə görə, qızılın bahalaşması da aktivləri artırıb: "9 ay ərzində qızıl 12% bahalaşıb və yekun olaraq $133,3 milyon gəlir gətirib. Artımın təxminən 57%-i bu 3 mənbənin payına düşüb".

"Aktivlərin strukturunda diqqəti cəlb edən digər məsələ Fondun istiqrazlar və pul bazarları alətləri üzrə portfelinin 3,6%-nin qeyri-investisiya reytinqinə (buna "zibil" reytinqi də deyilir) düşməsidir. Digər məsələ isə Fondun istiqrazları və pul vəsaitləri orta və uzun müddətə yerləşdirməsidir. Bu da gəlirliliyin artımına hesablanmış addım kimi qiymətləndirilməlidir".

Xəbər lenti
0