BAKI, 20 oktyabr — Sputnik. Milli Məclis Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyi nəzərdə tutan layihəni qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyevin Milli Məclisə göndərdiyi "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Layihədə azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunması, bəzi cəza növləri üzrə azadlıqdan məhrumetmənin maliyyə sanksiyaları ilə əvəzlənməsi ilə yanaşı, ümumilikdə 300-dən çox dəyişiklik təklif olunur.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub.