BAKI, 12 oktyabr — Sputnik. Bu il Səudiyyə Ərəbistanına Ümrə ziyarətinə təkrar getmək istəyənlər, bundan sonra vergi ödəməli olacaqlar. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi açıqlama verib.
Bu gündən qüvvəyə minən qərara görə, 2016-cı (1438-ci) ildə Ümrə ziyarətində olanlar, yenidən Ümrəyə getmək istəsələr, bunun üçün 540 ABŞ dolları məbləğində əlavə vergi ödəməli olacaqlar.