Sədrəddin Soltan: “Güney Azərbaycan türkləri öz dillərində məktəbin olmasını istəyirlər”
“İranın ali ruhani lideri Seyid Əli Xameneyinin çağırışı bölgədə baş verən hadisələr fonundadır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.
“İranda Azərbaycan türkcəsinin tədrisi yoxdur. Azərbaycan türkcəsi İranda nə məktəblərdə tədris olunur, nə də dövlət müəssisələrində istifadə edilir. İranın ali ruhani lideri Seyid Əli Xameneyinin çağırışı bölgədə baş verən hadisələr fonundadır. Seyid Əli Xameneyinin türk dilində danışmaq məsələsi ilə bağlı fikirləri ölkədəki Azərbaycan türklərini sakitləşdirməkdən, onları ələ almaqdan başqa bir nəsnə deyil” — deyə o bildirib.
Qeyd edək ki, İranın ali ruhani lideri Seyid Əli Xameneyinin 5 yaşlı uşaq və onun anası ilə türk və fars dilləri haqqında söhbəti sosial mediada bir milyondan artıq istifadəçi tərəfindən izlənilib.