Elxan Şahinoğlu: “AB Türkiyəni üzvlüyə qəbul etmək istəmir”
Türkiyənin dövlət başçısı Rəcəb Tayib Ərdoğan ölkəsinin Avropa Birliyinə(AB) üzv olmağa ehtiyacı olmadığını bildirib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, AB və Türkiyə arasında münasibətlər getdikcə kəskinləşir: “Aydın olur ki, AB Türkiyəni üzvlüyə qəbul etmək istəmir. AB iddia edir ki, Türkiyədə insan haqlarına riayət olunmur. Nəticə olaraq da, AB-yə üzv olmaq Türkiyə hökuməti qarşısında hədəf kimi qoyulmur”.