BAKI, 20 sentyabr — Sputnik. İran Silahlı Qüvvələrinin yeni komandiri, general Əbdülrəhim Musəvi, İsrailin qarşıdakı 25 il ərzində mövcud olacağına zəmanət vermədiklərini açıqlayıb. Sputnik Azərbaycan bu barədə "Euronews"-a istinadən xəbər verir.
"İsrailin ən kiçik səhvi, Hayfa və Təl-Əviv şəhərlərinin yerlə bir edilməsinə səbəb ola bilər" — general Musəvi deyib.
Xatırladaq ki, İranın dini lideri Ayətullah Əli Xameneyi də 2015-ci ildə buna bənzər ifadələr işlətmişdi.