Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rusiyada azərbaycanlı biznesmen qətlə yetirilib

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidSankt-Peterburq şəhəri, arxiv şəkli
Sankt-Peterburq şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhumun cənazəsi sabah doğulduğu kənddə dəfn ediləcək

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 15 sentyabr — Sputnik. Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı iş adamı güllələnərək qətlə yetirilib. Qətlə yetirilən şəxs, Zaqatala rayonunun Çobankol kənd sakini Elman Rahid oğlu Məmmədovdur.

Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Cənub bölgəsində tükürpədici ailə qətliamı

Kənd sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, mərhum Rusiyada bizneslə məşğul olub. O, azyaşlı övladını müalicə etdirmək üçün Krasnoyarskdan Sankt-Peterburq şəhərinə gedib.

Sankt-Peterburq şəhərində həmkəndlilərinin evində qonaq qalan Elman Məmmədov, siqaret çəkmək üçün binadan həyətə düşüb. O, binanın həyətində naməlum şəxs tərəfindən güllələnərək qətlə yetirilib. Mərhumun cənazəsi sabah doğulduğu Çobankol kəndinə gətirilərək dəfn ediləcək.

Qeyd edək ki, sentyabrın 13-də həmin hadisə ilə bağlı məlumat yayılıb. Məlumatda qeyd olunur ki, sentyabrın 12-si yerli vaxtla saat 23.05 radələrində Novoe Devyatkino qəsəbəsi Məktəb küçəsi 94 ünvanında atışma olduğu barədə polisə məlumat daxil olub. Hadisə yerindən Azərbaycan vətəndaşı yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Lakin onu xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları "isti izlər"lə qətli törətməkdə şübhəli bilinin 47 yaşlı işsiz kişini saxlayıblar. Ondan "Sayqa" karabin tüfəngi götürülüb. Silah polisdə qeydiyyatda olub. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti
0