BAKI, 15 sentyabr — Sputnik. ABŞ-da açıqlanmış inflyasiya göstəricisindən sonra, FED-in bu il faizi artıracağı ehtimalı 50 faizə yüksəlib. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, ABŞ-da istehlakçı qiymətləri avqust ayında, iyul ayına görə 0.4% və ötən ilin eyni ayına görə 1.9 faiz artıb.
Qeyd edək ki, istehlakçı qiymətlərinin aylıq 0.3 faiz və illik 1.8 faiz artacağı proqnozlaşdırılırdı.
Onu da bildirək ki, FED-in faizi artırması dolların bahalaşmasına səbəb olacaq.