BAKI, 13 sentyabr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp, Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Məhəmməd bin Zayed əl Nahyanla telefonla danışıb. Sputnik xəbər verir ki, Tramp əl-Nahyana Qətər böhranının tez bitməsini arzu etdiyini bildirib.
"Prezident Tramp, ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinin birliyini arzu edir. Prezident terrorla mübarizədə terror qruplaşmalarının maliyyələşdirilməsinin, ekstremizm ideologiyasının yayılmasının qarşısını almaqda səyləri əsirgəməməyə çağırıb" — Ağ Evin məlumatında qeyd olunub.
Xatırladaq ki, Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətəri terrorçuluğu və terror qruplaşmalarını dəstəkləməkdə günahlandıraraq diplomatik münasibətləri dayandırıb.