Rusiyanın NTV telekanalında "Tı super! Tansı" beynəlxalq rəqs müsabiqəsinin möhtəşəm premyerası olub. Müsabiqədə valideyn himayəsindən məhrum olmuş və çətin həyat şəraiti olan uşaqlar iştirak edirlər.
İştirakçılara azarkeşlik edən və onları xoş sözlərlə dəstəkləyənlər arasında Azərbaycanın əməkdar artisti, baletmeyster-rejissor Tahir Eynullayev də var. O da Abbasqulunun bu şənbə edəcəyi çıxışı gözləyir.
Abbasqulunun növbəti mərhələyə keçib-keçməyəcəyini bir neçə saatdan sonra bilmək olacaq. Müsabiqə Bakı vaxtı ilə saat 21.00-da başlayacaq və NTV telekanalında və Sputnik portalında canlı yayımlanacaq.
Azərbaycanı bu genişmiqyaslı layihədə həmçinin Sevda Fətullayeva və İlkin Hüseynov-Sevinc Behbudova rəqs cütlüyü təmsil edir.