Baş nazirə pomidor atdılar

© AP Photo / Uwe Anspach/dpa via APКанцлер Германии Ангела Меркель смотрит на пятно на куртке во время предвыборного мероприятия на Университетской площади в Гейдельберге, Германия
Канцлер Германии Ангела Меркель смотрит на пятно на куртке во время предвыборного мероприятия на Университетской площади в Гейдельберге, Германия - Sputnik Azərbaycan
Abunə olmaq
Polis pomidor atan şəxslərin kimliyini təsbit edə bilməyib

BAKI, 6 sentyabr — Sputnik. Almaniyanın Baden-Vürtemberq federal bölgəsində seçkiqabağı mitinqdə çıxış edən kansler Angela Merkelə pomidor atıblar. Sputnik Azərbaycan bu barədə "Milliyet"-ə istinadən xəbər verir.

Merkel seçicilər qarşısında öz proqramı haqda geniş məlumat verərkən, naməlum şəxslər xanım namizədə iki ədəd pomidor atıblar. Onlardan biri kanslerin sol qıçına, digəri isə aparıcıya dəyib.

Hadisə qarşısında soyuqqanlığını qoruyan Merkel, sadəcə təbəssüm edib. Polis pomidor atan şəxslərin kimliyini təsbit edə bilməyib.

Xəbər lenti
0