Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İlham Əliyev: "Azərbaycanda xərclərə ictimai nəzarətə böyük diqqət yetirilir"

© Official website of President of Azerbaijan Republicİlham Əliyev MDB dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakı sessiyasının iştirakçılarını qəbul edib
İlham Əliyev MDB dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakı sessiyasının iştirakçılarını qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev MDB dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakı sessiyasının iştirakçılarını qəbul edib

BAKI, 5 sentyabr — Sputnik. Prezident İlham Əliyev MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XVII sessiyasının iştirakçılarını qəbul edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XVII sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd etdi.

İlham Əliyev Qlobal Gənc Liderlər Forumunda iştirak edən sabiq dövlət və hökumət başçılarını qəbul edib - Sputnik Azərbaycan
İlham Əliyev əcnəbi qonaqları qəbul edib

Ölkələrimiz arasında maliyyə nəzarəti sahəsində təcrübə mübadiləsinin zəruriliyinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, bizim ölkələr keçid və islahatlar dövründə demək olar, eyni problemlərlə üzləşiblər. Ölkələrimizin qarşısında maliyyə nəzarəti sahəsində duran problemlərin həlli baxımından sessiyada aparılacaq müzakirələr önəmlidir və əlbəttə ki, dövlət nəzarəti mexanizminin daha da təkmilləşdirilməsi sıx koordinasiya tələb edir. Eyni zamanda, bu tədbir qonaqların Azərbaycanda maliyyə nəzarəti sahəsində son illər həyata keçirilən işlərlə yaxından tanış olması üçün yaxşı imkan yaradır.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanda xərclərə dövlət nəzarəti ilə bərabər ictimai nəzarətə də böyük diqqət yetirilir. Son illər dünyada baş vermiş iqtisadi və maliyyə böhranına toxunan Prezident İlham Əliyev bildirdi ki, bütün bu proseslər dövlət xərclərinin daha da optimallaşdırılmasını zəruri edir. Bu baxımdan ölkələrimizin maliyyə nəzarəti orqanlarının üzərinə daha çox məsuliyyət düşür.

Prezident İlham Əliyev tədbirdə müzakirələrin və təcrübə mübadiləsinin konstruktiv və səmərəli şəkildə keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Rusiya Federasiyası Hesablama Palatasının sədri Tatyana Qolikova Bakının gözəl şəhər olduğunu, ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını söylədi. O, Azərbaycanda göstərilən qonaqpərvərliyə və tədbirin təşkilinə görə minnətdarlığını bildirərək qeyd etdi ki, sessiyada müzakirə olunan məsələlər kifayət qədər önəm daşıyır və əsas məsələ səmərəliliyin yüksəldilməsidir. Bu baxımdan ölkələrimiz arasında əməkdaşlıq mühüm rol oynayır. Tatyana Qolikova ölkələrimizin maliyyə nəzarəti orqanları arasında əməkdaşlığın və qarşılıqlı fikir mübadiləsinin əhəmiyyətini vurğuladı.

Xəbər lenti
0