BAKI, 31 avqust — Sputnik. Polşada Belsko-Bayala şəhərlərarası istiqamətdə hərəkət edən iki qatar toqquşub. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 20-dən çox insan xəsarət alıb. Onlardan 4-ü uşaqdır.
Dəmir yol idarəsindən bildirib ki, qəza zamanı qatarda 200-dən çox sərnişin olub. Məlumata görə, 11 vaqondan 7-i relsdən çıxıb. Polis qəzanın səbəblərini araşdırır.