Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Qeyri-qanuni tullantıxanaların sayı minimuma endirilib”

© Sputnik / Murad OrujovEkologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Vaqif Mənsurov
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Vaqif Mənsurov - Sputnik Azərbaycan
Abunə olmaq
ETSN-nn sektor müdiri Vaqif Mənsurov deyir ki, keçən il Bakıda tullantılar haqqında qanun vericiliyin pozulmasına görə 83 min 200 manat məbləğində cərimə tətbiq edilib

Vaqif Mənsurov: “Tullantıların idarə olunması sahəsində qanun pozuntularına rast gəlinir”
Bütün böyük şəhərlərə xas olan çirklənmə halları Bakı şəhərində də var. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Vaqif Mənsurov deyib.

“Bakı şəhər departamenti ətraf mühitin mühafizəsi istiqamətində çox böyük işlər görür. Təkcə keçən il ərzində 75 akt, 90 protokol tərtib olunub. Eyni zamanda tullantılar haqqında qanun vericiliyin pozulmasına görə 89 fakt üzrə 83 min 200 manat məbləğində cərimə qərarı tətbiq edilmişdir”.

“Bütün görülən tədbirlərə baxmayaraq tullantıların idarə olunması sahəsində hələ də qanun pozuntularına rast gəlinir. Digər tərəfdən qeyri-qanuni tullantıxanaların sayı azaldılmışdır” – deyə o bildirib.

Xəbər lenti
0