Dünyanın ən sirli nöqtəsində gözlənilməz hadisə

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidOkean, arxiv şəkli
Okean, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək bu bölgədə təxminən 200 ədəd gəmi və təyyarə itib

BAKI, 26 avqust — Sputnik. Əsrlər boyu lənətlənmiş ərazi kimi təsvir edilmiş Bermud üçbucağının sirri açıldımı? Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, bəşəriyyətin tarixi boyu tapa bilmədiyi ən böyük sirlərdən biri də “Şeytan üçbucağı” adlanan Bermud üçbucağıdır. Bu üçbucaq, barəsində onlarla film çəkilən, daim gəmi və ya təyyarə qəzalarının baş verdiyi və sirli şəkildə itkilərin olduğu qəribə bir coğrafi ərazidir.

Bu bölgəyə aid ilk məlumatlar təxminən 600 il əvvəl, yəni XV əsrə aiddir. Bununla belə, bölgəni bu qədər məşhur edən ən mühüm məlumat 1945-ci ilə təsadüf edir. O zaman 5 təyyarədən ibarət "Uçuş 19" adlı hava donanması heç bir iz buraxmadan ərazidə yoxa çıxıb. İndiyədək bu bölgədə təxminən 200 ədəd gəmi və təyyarə itib. Hələlik, onların itmə səbəbi ilə bağlı heç bir elmi açıqlama verilməyib. İtmiş təyyarələri bir yana, burada itən gəmilərin axtarışı, o cümlədən sualtı qayıqlarla axtarışı nəticəsiz qalıb.

Ötən həftə ərazidə gözlənilməz hadisə baş verib. Belə ki, Bermud üçbucağı olaraq bilinən bu bölgədə qəflətən ada yaranıb. Adanın uzunluğu 1600, eni 120 metr təşkil edir. Hələlik alimlər adanın ortaya çıxması ilə bağlı heç bir ehtimal irəli sürmürlər.

Xəbər lenti
0