BAKI, 17 avqust — Sputnik. Avstraliyanın sağçı "Bir millət" Partiyasınin lideri Polin Henson Senatın iclasına pərəncə geyimində (bədənin göz də daxil olmaqla bütün hissəsinin örtüldüyü geyim — red.) gəlib.
"Report" xəbər verir ki, o, bununla ölkədə belə geyimin qadağan edilməsinə çalışıb.
© Photo : Jed Cooper/Australian Broadcasting Corp. via APPolin Henson Avstraliya Senatının iclasında, 17 avqust 2017-ci il
Polin Henson Avstraliya Senatının iclasında, 17 avqust 2017-ci il
© Photo : Jed Cooper/Australian Broadcasting Corp. via AP
Amma əvəzində Avstraliyanın Baş prokuroru Corc Brendis bu addımına görə P.Hensona xəbərdarlıq edib və bu addımla dini mənsubiyyət üzrə bir qrup insanın təhqir olunduğunu bildirib. O, ölkədə bu geyimin qadağası istəyini rədd edib və nəticədə müxalifət partiyalarının üzvlərinin alqışlarını qazanıb.
P.Henson pərəncədən ictimai yerlərdə istifadə olunmasına qadağa qoyulmasını müasir Avstraliyanın qarşılaşdığı mühüm problem kimi qələmə verib.