Baş nazir qaçırıldı

© MAHMUD TURKIALiviyanın sabiq baş naziri Əli Zeydan, 8 mart 2014-cü il, Tripoli
Liviyanın sabiq baş naziri Əli Zeydan, 8 mart 2014-cü il, Tripoli - Sputnik Azərbaycan
Abunə olmaq
Onların nə üçün bunu etdikləri müəmmalı olaraq qalır

BAKI, 14 avqust — Sputnik. Liviyanın sabiq baş naziri Əli Zeydan paytaxt Tripolidə qaldığı Əş-Şərq otelindən qaçırılıb. Sputnik Azərbaycan "Kommersant"-a istinadən xəbər verir ki, eks-nazirin hara aparıldığı bilinmir.

Hadisə şahidləri Əli Zeydanı oğurlayan şəxslərin silahlı olduğunu deyiblər. Onların nə üçün bunu etdikləri də müəmmalı olaraq qalır.

Hələlik hadisənin məsuliyyətini üzərinə alan olmayıb.

Xatırladaq ki, Əli Zeydan 2013-cü ildə də qaçırılmışdı. Liviya İnqilabçı Əməliyyatlar Birliyinə bağlı silahlılar tərəfindən oğurlanan Zeydan bir neçə saat sonra sərbəst buraxılmışdı.

Xəbər lenti
0