CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sahibkarlığın inkişafına "töhfə" verən şəxs ələ keçdi

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidNarkotik tərkibli çətənə kollarının məhvi
Narkotik tərkibli çətənə kollarının məhvi - Sputnik Azərbaycan
Abunə olmaq
Rafiq Məmmədov meşə ərazisində xüsusi aqrotexniki qayda ilə yetişdirdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. İsmayıllıda narkotik tərkibli bitki yetişdirən şəxs tutulub.

İsmayıllı rayonunda narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonun Uştal kənd sakini, 1961-ci il təvəllüdlü Məmmədov Rafiq Səftər oğlu yaşadığı kəndin ərazisindəki meşə sahəsində narkotik tərkibli çətənə kolları yetişdirdiyi müəyyən edilib. İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Rafiq Məmmədov meşə ərazisində xüsusi aqrotexniki qayda ilə yetişdirdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb. Əraziyə baxış zamanı oradan hündürlüyü 2 metr, sayı 57 ədəd olan çətənə kolu aşkar edilib. Polis əməkdaşları bitkiləri kökündən çıxararaq maddi sübut kimi götürüblər. O, çətənə toxumlarını tapdığını və meşə sahəsinin ortasındakı boş ərazini kol-kosdan təmizləyərək orada narkotik bitki əkdiyini etiraf edib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti
0