CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət başçısı yeni Su Elektrik Stansiyasını işə saldı

© AZƏRTACPrezident İlham Əliyev Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib
Prezident İlham Əliyev Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib

BAKI, 3 avqust — Sputnik. Prezident İlham Əliyev Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev Prezidentə stansiya barədə məlumat verib.

Balakən rayonunun girişi - Sputnik Azərbaycan
Prezident şimal bölgəsinə gedib

Bildirilib ki, Balakən çayı üzərində tikilmiş və ümumi gücü 1,5 meqavat olan bu stansiyanın təməlini Prezident İlham Əliyev 2010-cu ildə qoyub. Stansiya texniki göstəricilərinə görə olduqca səmərəli və müasirdir. Layihə çərçivəsində burada hündürlüyü 5,6 metr olan bənd tikilib. Bəndin maksimum eni 28, qaşının eni isə 4 metr təşkil edir. Burada saniyədə 63 kubmetr suburaxma qabiliyyəti olan sutullayıcı, saniyədə 23 kubmetr suburaxma qabiliyyəti olan suqəbuledici yaradılıb. Stansiyanın inşası zamanı uzunluğu 2 min metr, diametri isə 1550 millimetr olan boru, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətləri çəkilib, hər birinin gücü 0,5 meqavat olan üç hidroturbin və hidrogenerator quraşdırılıb. Bundan başqa, ərazidə turbin zalı və stansiyanın idarəetmə binası da inşa edilib.

Qeyd edilib ki, bu layihə olduqca əhəmiyyətlidir. İldə 10 milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya rayonun tələbatının 15 faizini, Balakən şəhərinin tələbatının isə 25-30 faizini ödəyəcək. Dövlətbaşçısı Balakən Su Elektrik Stansiyasını işə salıb.

Azərbaycan Prezidentinin 2009-cu ildə imzaladığı Sərəncama əsasən, respublikada kiçik su elektrik stansiyalarının geniş tətbiq edilməsi məqsədilə xüsusi proqramlar hazırlanıb. Bu günədək ümumi gücü təqribən 150 meqavat olan 12 su elektrik stansiyası istifadəyə verilib. Hazırda isə ümumi gücü təqribən 18 meqavat olan beş stansiyanın inşası davam etdirilir. Stansiyanın tikintisində 100 nəfər çalışıb. Ərazidə geniş abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yaşıllıq zolaqları salınıb.

Xəbər lenti
0