Qalmaqallı şəxs hökuməti tərk etdi

CC0 / tpsdave / White HouseБелый дом, фото из архива
Белый дом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti Donald Tramp 10 gün əvvəl Entoni Skaramuççini Ağ Evin kommunikasiya üzrə direktoru postuna təyin etmişdi

BAKI, 1 avq — Sputnik. Ağ Evin kommunikasiya üzrə direktorunun vəzifəsindən getməsi təsdiqlənib.

Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

“Cənab Skaramuççi hesab edib ki, Ağ Ev aparatının yeni rəhbəri Con Kelliyə azad şəkildə öz komandasını formalaşdırmağa mane olmamaladır” — deyə S.Sanders qeyd edib. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 10 gün əvvəl Entoni Skaramuççini Ağ Evin kommunikasiya üzrə direktoru postuna təyin etmişdi.

Bundan əvvəl E.Skaramuççinin jurnalistlərlə ünsiyyətdə olarkən həmkarlarına qarşı kobud ifadələr işlədib və Ağ Evin kommunikasiya şöbəsini tam heyətlə işdən qovmağa hazır olduğunu bildirib.

Əlavə edək ki, Ağ Evin sabiq mətbuat katibi Şon Spayser E. Skaramuççinin kommunikasiya üzrə direktor vəzifəsinə gətirildiyinə etiraz olaraq istefa verib. 

Xəbər lenti
0