Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədəki azərbaycanlı məşhurlar o qorxunc gecəni anlatdılar

© AFP 2024 / STR / KOSNEWS24.GR Здания, поврежденные в результате землетрясения на греческом острове Кос
Здания, поврежденные в результате землетрясения на греческом острове Кос - Sputnik Azərbaycan
Abunə olmaq
Bodrumda dincələn azərbaycanlı ulduzlar zəlzələnin dəhşətli anlarını paylaşıblar

BAKI, 21 iyul — Sputnik. Türkiyənin cənub-qərb sahillərində güclü zəlzələ baş verib. Əsas zərbə kurort şəhəri olan Bodrum və yunan adası olan Kosda hiss olunub. Bu dəhşətli təbiət hadisəsinin şahidləri arasında təkcə adi insanlar deyil, bura dünyanın müxtəlif yerlərindən istirahətə gələn məşhur insanlar da olub. Onların arasında bir neçə gündür Bodrumda istirahət edən azərbaycanlı aparıcılar, müğənnilər, bloqgerlər də var ki, onlar da bu zəlzələni heç gözləmirmiş.

Hadisə ulduzların yaxınlarını və pərəstişkarlarını narahat edib. Məşhurların əksəriyyəti gecə ilə öz səhifələrində, sosial şəbəkələrdəki hesablarında bu zəlzələ ilə bağlı statusları, fotoları, videoçarxları paylaşıblar. Ulduzların bir neçəsi titrəyişlər baş verən zaman keçirdikləri hissləri, öz emosiyalarını Sputnik Azərbaycan-la bölüşüblər.

"Ekstrim istirahətimiz davam edir. 2000-ci ildə Bakı zəlzələsinin həyəcanını yaşadıq rəsmən. 6.8 bal nə bal, bütün otel həyətdədir. Salamatçılıqdır, dağıntı və tələfat yoxdur" — deyə Bodrumda öz həyat yoldaşı ilə bal ayını keçirən məşhur aparıcı İlkin Həsənli öz "Facebook" səhifəsində yazıb.

"Dostlar, biz bu gecə dəhşət yaşadıq. Maqnitudası 6.3 olan zəlzələ. Şükür Allaha ki, hər şey yaxşıdır. Bizim üçün dua edin. Hamı küçədədir. Allah bizi qorusun, amin" — deyə bloqger Zaur Nəcəfbəyov öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, baxmayaraq ki, artıq səhər açılıb, insanlar hələ də otelə qayıtmaq istəmirlər: "Qorxurlar ki, zəlzələ təkrarlanar".

"Həyatımda ilk dəfə belə güclü zəlzələ görürdüm. Bu, nə idi? Hələ də davam edir. Bütün insanlar küçədədir" — deyə qızı ilə birlikdə istirahət edən müğənni Ayan Babakişiyeva öz "Instagram" səhifəsində yazıb.

Aparıcı Günel Hümbətovanı isə yeraltı təkanlar o qədər qorxudub ki, indiyə qədər özünə gələ bilməyib. Onun sözlərinə görə, o, hazırda 16-cı mərtəbədədir. "Dərhal yuxulu olan qızımı tutdum. Zəlzələdən çox qorxuram, üstəlik də 16-cı mərtəbədəyəm. Buradan heç yerə düşə bilməzsən" — deyə aparıcı Sputnik Azərbaycan-a bildirib.

Azərbaycanlı müğənni İradə İbrahimova isə etiraf edib ki, uzun illərdir ailəsi ilə birlikdə Türkiyədə yaşamasına baxmayaraq, indiyə qədər belə dəhşət görməyib. Onlar öz evlərində yaşayırlar və küçəyə çıxmağa risk etməyiblər. İbrahimova qeyd edib ki, hazırda hər şey qaydasına düşüb, amma qorxu hələ də qalmaqdadır.

"Səhər dükana getmişdim, bütün ərzaqlar yerə tökülmüşdü. Bu, dəhşətli gecə idi. Kaş, bir daha təkrarlanmasın. Hər şeydən çox uşaqlara görə qorxuram" — deyə müğənni öz Instagram səhifəsində yazıb.

Qeyd edək ki, iyulun 21-də gecə Egey dənizimdə maqnitudası 6,7 bal olan təkanlar qeydə alınıb. Təkanların episentri Türkiyənini Bodrum şəhərinin 10,3 kilometrliyində və yunan adası Kosun 16,2 kilometrliyində olub. Bodrumda 70-ə yaxın adam tibbi yardım üçün müraciət edib. Əldə olunan məlumata görə, ümumilikdə zəlzələ nəticəsində 170-ə qədər adam müxtəlif dərəcəli bədən xəsarətləri alıb, iki nəfər isə dünyasını dəyişib.

Xəbər lenti
0