Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yol polisini vurdular

© Sputnik / Murad OrujovАвтомобиль дорожно-патрульной службы в Баку, фото из архива
Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisənin qəsdən törədildiyi ehtimal olunur

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 19 iyul — Sputnik. Masallıda Dövlət Yol Polisi Yol Patrul Xidmətinin əməkdaşları, sərxoş sürücülərə qarşı reyd keçirən zaman DYP əməkdaşını avtomobil vurub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, Yol Patrul Xidmətinin Baş serjantı Eynal Qoşqarov, xidməti vəzifəsini yerinə yetirərkən onu avtomobil vurub.

O, ağır xəsarətlə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E. Qoşqarova ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Baş verən hadisənin qəsdən törədildiyi ehtimal olunur. Polisin verdiyi məlumata əsasən, hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Hazırda Masallı polisi həmin şəxsin saxlanılması istiqamətində iş aparır.

Xəbər lenti
0