Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rüsum 200 dəfə azaldıldı: benzin ucuzlaşacaq?

© Sputnik / Fuad HasanovYanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan ərazisinə gətirilən bu benzinlərə tətbiq edilən aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib

BAKI, 18 iyul — Sputnik. Azərbaycanda 92 oktan ədədi ilə benzinlərin idxal rüsumundan azad edilməsi ilə bağlı qərar qəbul edilib. Belə ki, Azərbaycana gətirilən mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla), tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan 95-dən az oktan ədədi ilə mühərrik benzinləri, o cümlədən 92 oktan ədədi ilə benzinlər idxal rüsumundan azad edilib. Nazirlər Kabinetinin digər qərarı ilə Azərbaycan ərazisinə gətirilən bu benzinlərə tətbiq edilən aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib. Bu qərar 90 gün müddətində qüvvədə olacaq.

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

İqtisadçı-ekspert Natiq Cəfərlinin Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, Aİ-92 markalı yanacağın qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün bu qərar yanacağın qiymətinə heç bir təsir etməyəcək: "Tarif Şurasının müvafiq qərarı olmalıdır ki, qiymət aşağı düşsün və aşağı düşəcəyinə də inanmıram. 92 markalı benzinin dünyada istehsalı da demək olar ki, yoxdur. Bu benzin əsasən Rusiyada istehsal edilir. Hazırda, yəni, Aİ-92-nin 90 qəpiyə olduğu vəziyyətdə, indiki məzənnə ilə (1 dollar —1.70 manat) Rusiyadan benzini alıb gətirib, Azərbaycanda satmaq çox sərfəli bir hala gəlib".

İqtisadçı bildirir ki, idxal olunan benzin üçün rüsumun ləğv edilməsi 90 gün müddətində qüvvədə olacaq: "Ölkəyə benzin idxal edən SOCAR-treyder çox güman ki, Rusiyadan Aİ-92 alaraq bazara çıxaracaq. "Premium" markalı benzini də SOCAR–treyder gətirir. Bu da SOCAR-a çox böyük gəlir gətirəcək".

"Bu qərarın qəbul edilməsi SOCAR-a böyük dövlət dəstəyidir. Çünki Rusiyadan hazırda benzinin ölkəyə gətirilməsi 55 qəpiyə başa gəlir. Satışı 90 qəpikdən nəzərə alsaq, bu da kifayət qədər qazanc deməkdir. Hələlik bu qərar 90 günlük verilib. Düşünürəm ki, bu qərar uğurlu olsa və SOCAR-a kifayət qədər gəlir gətirsə, növbəti dəfə bu qərar daha uzun müddətli verilə bilər" — N. Cəfərli bildirib.

Ekspertin sözlərinə görə, qərarın verilməsinin ikinci səbəbi yaxın zamanlarda neftayırma zavodlarının bəzilərində həyata keçiriləcək təmir işləri ilə bağlıdır: "Ola bilər ki, Aİ-92 yanacağının istehsalı azalsın. Artıq bu ilin əvvəlindən azalma müşahidə edilir. Yerli istehsal tam tələbatı ödəməyə bilər. Ona görə də xaricdən, çox güman ki, Rusiyadan yanacaq alınacaq və Rusiyadan alınacaq yanacaqla yerli tələbatı tam ödəməyə çalışırlar. Düşünürəm ki, bu qərarın tam mahiyyəti bu iki amillə bağlıdır".

Xəbər lenti
0