BAKI, 12 iyul — Sputnik. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yeni baş katibi müəyyənləşib. Sputnik Azərbaycan "France24"-ə istinadən xəbər verir ki, təşkilata daxil olan ölkələr yeni baş katibin isveçrəli diplomat Tomas Qreminqer olmasında razılaşıb.
Məlumatı, hazırda ATƏT-ə sədrlik edən Avstriyanın xarici işlər naziri Sebastyan Кiрiç yayıb.