BAKI, 10 iyul — Sputnik. Avstriya Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin ölkəyə girişinə qadağa qoyub. Sputnik Türkiyə xəbər verir ki, nazir dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Avstriyaya getmək istəyib, ancaq qarşı tərəf Nihat Zeybekçini arzuolunmaz şəxs siyahısına salıb.
Avstriya hökumətinin fikrincə, türkiyəli nazirin bu cür tədbirlərə qatılması Avstriyada ictimai qaydaları və təhlükəsizliyi təhlükə altına sala bilər.
Xatırladaq ki, keçən həftə Hollandiya hökuməti Türkiyə baş nazirinin müavini Toğrul Türkeşin 15 iyul anım tədbirlərində iştirak etmək üçün ölkəyə girişinə qadağa qoymuşdu.