Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan klublarının möhtəşəm çıxışı

© pixabay / 3844328 / footballФутбольное поле, фото из архива
Футбольное поле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının "İnter" və "Zirə klubları futbol Avropa Liqasının II mərhələsinə adlayıblar

BAKI, 7 iyul — Sputnik. Dünən gecə futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri keçirilib. Bu yarışda çıxış edən Azərbaycan klubları da rəqibləri ilə qüvvələrini sınayıblar.

Bakının "İnter" klubu Serbiyanın "Mladost"unu qəbul edib. Görüş 2:0 hesabı ilə bakılıların xeyrinə başa çatıb. Qolları 23-cü dəqiqədə Denis Silva və 74-cü dəqiqədə Hacıyev vurublar.

İlk görüşdə də qələbə qazanmış "İnter" növbəti mərhələyə adlayıb.

Bakının “Zirə” komandası isə Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburda “Differdanj” komandası ilə cavab görüşünə çıxıb. Görüşdə hesabı 10-cu dəqiqədə meydan sahiblərinin oyunçusu Vandenbruk açıb. Cavab topunu 64-cü dəqiqdə Manqa vurub. 68-ci dəqiqdə isə Qadze meydan sahiblərinin qapısından ikinci topu keçirib — 2:1.

İlk oyunda 2:0 hesabı ilə qalib gələn "Zirə" Avropa Liqasının II mərhələsinə adlayıb.

Xəbər lenti
0