QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Putinlə Tramp Hamburq görüşündə Qarabağdan danışacaqlarmı

© Sputnik / Murad OrujovВстреча с журналистами на тему "Азербайджано-российский диалог за 25 лет: акценты и перспективы"
Встреча с журналистами на тему Азербайджано-российский диалог за 25 лет: акценты и перспективы - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Tofiq Abbasov deyir ki, dünyadakı münaqişələrlə bağlı məsuliyyətli mövqe sərgiləməlidir

Tofiq Abbasov: “Həmsədr ölkələrin rəhbərləri sülh prosesində öz paylarını artırmalıdırlar”
"Həmsədr ölkələrin rəhbərləri Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətə münasibət bildirməlidir". Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Tofiq Abbasov deyib: “İstərdim ki, Putinlə Tramp Hamburqdakı görüşləri zamanı, münaqişəli vəziyyətlərlə bağlı, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı münasibət bildirsinlər. Çox güman ki, bu görüşdə həmsədr ölkələrin rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinə münasibəti özünü büruzə verəcək. Ola bilsin ki, hətta bununla bağlı bəyanat da yaysınlar”.

“Həmsədr ölkələrin rəhbərləri sülh prosesində öz paylarını artırmalıdır. Çünki vədlərlə, boş bəyanatlarla münaqişə öz həllini tapmır. Dünya liderləri münaqişələrlə bağlı məsuliyyətli mövqe sərgiləməlidir. Onlar bütün böhranlı vəziyyətlərin həlli ilə bağlı vahid strategiya hazırlamalıdır ki, sonra ümumi qlobal gərginliyin dərəcəsini azaltmaq olsun” – deyə o bildirib.

Xəbər lenti
0