Almaniyadan Ərdoğana daha bir qadağa

© Photo : Azərbaycan Prezidentinin rəsmi internet səhifəsiAlmaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel
Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Berlin əcnəbi siyasi xadimlərin ölkədə təbliğat aparmasına qarşı olduqlarını bildirib

BAKI, 30 iyun — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyada türklər qarşısında çıxış etməsinə icazə verilməyib. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel açıqlama verib.

Xəbərə görə, Ərdoğan iyulun 7-8-də Hamburqda keçiriləcək “Böyük-20”liyin (“G20”) zirvə toplantısı çərçivəsində Almaniyadakı türklərlə görüşmək üçün müraciət edib. Lakin, rəsmi Berlin əcnəbi siyasi xadimlərin ölkədə təbliğat aparmasına qarşı olduqlarını bildirib.

“Almaniya hökuməti burada yaşayan türklər və ya Türkiyədən gəlmişlərin təhrik olunmasını istəmir. Biz xaricdəki münaqişələrin Almaniyaya gətirilməsini istəmirik” — bəyanatda qeyd olunub.

Xəbər lenti
0