Səudiyyə şahzadəsi ev həbsinə salındı

© REUTERS / Lucas JacksonSəudiyyə Ərəbistanının sabiq vəliəhdi Məhəmməd bin Nayif
Səudiyyə Ərəbistanının sabiq vəliəhdi Məhəmməd bin Nayif - Sputnik Azərbaycan
Kralın belə qərar verməsinə səbəb, yeni vəliəhd Məhəmməd bin Salmana qarşı ola biləcək təxribatın qarşısını almaqdır

BAKI, 29 iyun — Sputnik. Səudiyyə Ərəbistanının sabiq vəliəhdi və sabiq daxili işlər naziri Məhəmməd bin Nayifin ölkədən, hətta şəxsi sarayından çıxması qadağan edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın "The New York Times" qəzeti məlumat yayıb.

Qəzet yazır ki, kralın belə qərar verməsinə səbəb, yeni vəliəhd Məhəmməd bin Salmana qarşı ola biləcək təxribatın qarşısını almaqdır. Bu haqda qəzetə krallığın səlahiyyətli şəxsləri məlumat veriblər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının kralı Salman bir müddət əvvəl qardaşı oğlunu vəliəhdlikdən uzaqlaşdırıb, yerinə öz oğlu Məhəmməd bin Salmanı gətirib. Məhəmməd bin Nayifin uzun illərdir davam etdirdiyi daxili işlər naziri vəzifəsi də əlindən alınıb.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала