Sabahdan etibarən ABŞ müsəlmanlara qarşı yeni qaydalar tətbiq edəcək

© REUTERS / James Lawler DugganDalles adına Vaşinqton beynəlxalq hava limanında sərnişinlər
Dalles adına Vaşinqton beynəlxalq hava limanında sərnişinlər - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra vizalar ABŞ-da yaxın qohumları və işgüzar əlaqələri olanlara veriləcək

BAKI, 29 iyun — Sputnik. ABŞ Dövlət Departamenti, əhalisinin əksəriyyəti müsəlman olan 6 ölkəyə qarşı yeni viza şərti tətbiq edəcək. Belə ki, viza üçün müraciət edənlərin qarşısında "ABŞ-dan bir adam və ya təşkilat ilə əlaqə" şərti qoyulacaq.

Мусульманка во время ифтара в Нью-Йорке, США, 1 июня 2017 года - Sputnik Azərbaycan
ABŞ-da məscidə gedən müsəlman qızı öldürdülər

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, yeni qaydalar ABŞ-da sabah səhərdən etibarən tətbiq olunmağa başlayacaq. Yeni qaydaya görə, əhalisinin əksəriyyəti müsəlman olan Suriya, İran, Somali, Liviya, Sudan və Yəmən vətəndaşları yeni viza müraciətlərində ABŞ-da yaşayan yaxın qohumları və ya qanuni bir iş yerindən rəsmi dəvət aldıqlarını sənədləşdirmək məcburiyyətində olacaqlar.

Qaydalara görə, viza üçün müraciət edənlərin ABŞ-da qanuni statuslu yaşayan valideyni, həyat yoldaşı, uşağı, kürəkəni, gəlini və ya qardaşının olub-olmamasına baxılacaq. Həmçinin, uzaq qohumlarla (nənə, baba, əmi, xala, nişanlı və s.) bağlı müraciətlərə baxılmayacağı bildirilib.

Müvafiq sənəd ABŞ-ın xaricdəki diplomatik nümayəndəliklərinə göndərilib. Bu yeni tənzimləmə hazırda etibarlı ABŞ vizasına sahib olanlara təsir etməyəcək.

Qeyd edək ki, ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qismən qüvvəyə minməsi barədə qərar çıxarıb. Ali Məhkəmə yekun qərar verənə qədər fərman qismən icra olunacaq. Ali Məhkəmənin növbəti iclası oktyabr ayına təyin edilib.

Xatırladaq ki, fevral ayında Donald Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalamışdı.

Xəbər lenti
0