Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Cəbiş müəllim özü haqda danışır

Abunə olmaq
Bu dəfə Cəbiş müəllim təvazökarlıq etməyərək “özündən” – bu obrazı filmdə yaratmış xalq artisti Süleyman Ələsgərovdan danışacaq

Süleyman Ələsgərov 1915-ci il iyunun 20-də Bakıda anadan olub. Süleyman Ələsgərov yaradıcılığı boyu 40-a yaxın filmə çəkilib. Teatr səhnəsində minlərlə obraz yaradıb. "Bizim Cəbiş müəllim" filmində baş rola çəkiləndə artıq 54 yaşı var idi.

Filmdəki hadisələr Böyük vətən müharibəsi illərində Bakı şəhərində cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözən, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. Cəbiş müəllim Azərbaycan tamaşaçısı üçün bütün müəllimlərin müəllimidir.

Filmdə səslənən bir çox cümlələr aforizmə çevrilib: "Mən sabun bişirməyəcəm", "Ata, sən dezertirsən?", "Makedonsuz da cavabıvu verərəm", "Adə ey, o məktubları anova yazarsan", "Çağırdı ellər gedərəm davaya", "İkivüzü də Allah öldürsün: səni də, Hitleri də".

Xəbər lenti
0