BAKI, 20 iyun — Sputnik. Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han iyulun 6-da Türkiyəyə səfər edəcək.
Sputnik Azərbaycan milliyet-ə istinadla xəbər verir ki, Yohannes Hanın Türkiyə ilə mayın 25-də başlayan danışıqların davamı ilə bağlı bir səfər edəcəyi bildirilib.
Verilən açıqlamada komissarın səfər zamanı Türkiyənin Avropa İttifaqı baxımından əhəmiyyəti vurğulanacaq.
Yohannes Han sonuncu dəfə 2016-cı ilin sentyabr ayında Türkiyəyə səfər edib.