Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 20 iyun — Sputnik. Astaranın Siyəku kəndində bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini, 33 yaşlı Tarzan Zahirovu, evində elektrшk naqili ilə ehtiyatsız davranması səbəbindən cərəyanı vurub.
Zərərçəkən dərhal yaxınları tərəfindən Lənkəran Mərkəzi Xəstəxana aparılıb. Ona ilkin tibbi yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq Tarzan Zahirov xəstəxanada keçinib.