ELM

Bu il məzun olan şagirdlərin sayı açıqlanıb

© AFP 2023 / Jure MakovecКлассная комната, фото из архива
Классная комната, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2017-2018-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 164 945 nəfərdir

BAKI, 16 iyun — Sputnik. 2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirəcək. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2017-2018-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 164 945 nəfərdir. Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunur.

Xəbər lenti
0