BAKI, 14 iyun — Sputnik. İftar zamanı yolda olan sərnişinlər üçün "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində çay masası təşkil edilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
© Photo : BNA mətbuat xidməti"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində təşkil edilmiş çay masası
"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində təşkil edilmiş çay masası
© Photo : BNA mətbuat xidməti
Məlumata görə, iftar vaxtı Mərkəzdə olan sərnişinlər masaya yaxınlaşaraq onlara təklif edilən su, çay və xurmadan istifadə edə bilərlər. Aksiya Bakı Nəqliyyat Agentliyi və "Azərsun Holdinq"in birgə təşkilatçılığı ilə keçirilir.