Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Avropaya inteqrasiya sürətləndirilməlidir”

© Sputnik / Anar MustafayevПолитолог Эльхан Шахиноглу
Политолог Эльхан Шахиноглу - Sputnik Azərbaycan
Abunə olmaq
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ümid edir ki, ilin sonuna qədər Azərbaycan Avropa Birliyi ilə həmin strateji sənədi imzalaya bilər

Elxan Şahinoğlu: “Əsas məsələ Avropa Birliyi ilə sazişin imzalanmasıdır”
Bakıda Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, bu danışıqlar Azərbaycan və Avropa Birliyi arasında inteqrasiyanı daha da sürətləndirməlidir: “Çünki əsas məsələ sazişin imzalanmasıdır. O sazişin imzalanması üçün sənəddəki müddəalar tərəflər arasında razılaşdırılmalıdır. Ümid edirəm, ilin sonuna qədər Azərbaycan Avropa Birliyi ilə həmin strateji sənədi imzalasın”.

“Bu danışıqların növbəti raundudur. Amma yəqin ki, hər raundda müxtəlif müddəalar razılaşdırılmalıdır. Yoxsa ləngiyə bilər. Əgər strateji sazişin imzalanmasını sürətləndirmək istəyirlərsə bu bəndləri çox qısa zamanda razılaşdırmalıdırlar” – deyə o bildirib.

Xəbər lenti
0