Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Gürcüstana gedənlərimiz əliboş geri qayıtmayıblar

© Sputnik / Murad OrujovЧемпионат Азербайджана по борьбе среди взрослых
Чемпионат Азербайджана по борьбе среди взрослых - Sputnik Azərbaycan
Abunə olmaq
Hər üç güləşçimiz finalda gürcü idmançılarla qarşılaşıb

BAKI, 12 iyun — Sputnik. Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turniri keçirilib. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Qalib Əliyev (61 kq) və Aleksandr Qostiyev (86 kq) bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb. 57 kq çəkidə mübarizə aparan Mircəlal Həsənzadə gümüş medalla kifayətlənib. Hər üç güləşçimiz finalda gürcü idmançılarla qarşılaşıb.

Bürünc medalı isə yığmamıza 65 kq-da yarışan Coşqun Əzimov qazandırıb. Həlledici görüşdə o, komanda yoldaşı Teymur Məmmədovdan üstün olub.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

Xəbər lenti
0