Fikrət Sadıxov: “Ərəb ölkələrinin İranla münasibətləri hər zaman gərgin olub”
Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik münasibətləri kəsib. Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycana deyir ki, çox təəssüflər olsun ki, körfəz ətrafındakı dövlətlər arasında belə bir vəziyyət yaranıb: “Əslində bu ölkələr xarici siyasət prioritetlərinin ümumi şəkildə yerinə yetirilməsində böyük işlər görüblər. Görünür vəziyyət bu səviyyəyə çatıb ki, bu ölkələr Qətərlə münasibətləri bitirmək qərarına gəliblər. Bu qərar təsadüfi deyil”.
“Biz bu ölkələrin İrana qarşı münasibətini bilirik. Onların İranla münasibətləri hər zaman gərgin olub. Düşünürəm ki, Qətərlə də münasibətlərin kəsilməsi regionda gərginliyin artmasına səbəb ola bilər” – deyə o bildirib.
İyulun 4-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları və Mavrikiy Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib.