Nəhəng meqapolis suya belə qərq olur

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidВид на Манхэттен в Нью-Йорке
Вид на Манхэттен в Нью-Йорке - Sputnik Azərbaycan
Abunə olmaq
Sahilkənarı meqapolislər və adalar suya qərq olacaq

BAKI, 5 iyun — Sputnik. YouTube-da "two°C — New-York City" adlı video yayımlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu videoda Yer kürəsində orta temperaturun 2 dərəcə artacağı təqdirdə, dünyanın ən nəhəng şəhərlərindən biri olan Nyu-Yorkun necə suya qərq olacağı nümayiş etdirilib.

Həmin videoçarxın müəllifləri, araşdırmaların nəticəsi olaraq Yer kürəsində temperaturun 2 dərəcə artması ilə yaranacaq iqlim istiləşməsi zamanı atmosfer dövriyyəsi sistemində baş verəcək dəyişiklikləri proqnozlaşdırıblar. Tədqiqatçılar müəyyən ediblər ki, buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsi yüksələcək. Onların hesabına görə, 2100-cü ildə artıq sahillərdə yerləşən nəhəng meqapolislər və insanların məskunlaşdığı bir neçə ada tamamilə su altında qalacaq.

Dünyanın bir sıra KİV-ləri sözügedən videoçarxı "Nyu-Yorkun ölməsi" kimi təqdim ediblər. Sputnik Azərbaycan Nyu-Yorkun su altında qalmasını əks etdirən videonu təqdim edir:

Xəbər lenti
0