BAKI, 1 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 2-də bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə: İyunun 2-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.