Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yaqub Eyyubov islahatlardan danışdı

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidAzərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası Baş nazirinin brinci müavini Yaqub Eyyubov deyir ki, neft qiymətlərinin düşməsi və dəyişən makro iqtisadi amillər iqtisadi islahatların keyfiyyətcə yeni mərhələyə yüksəlməsini labüd edib

Yaqub Eyyubov: “Dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi ilə bağlı mexanizmlər yaradılıb”
Azərbaycan son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov deyib: “2015-cil ildən neft qiymətlərinin düşməsi və dəyişən makro iqtisadi amillər iqtisadi islahatların keyfiyyətcə yeni mərhələyə yüksəlməsini labüd edib. Ölkədə yaranan iqtisadi geriləmənin qarşısı alınıb, maliyyə və makro iqtisadi koordinasiya təmin edilib”.

“İqtisadi aktivliyi və investisiya cəlbini stimullaşdırmaq məqsədi ilə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi ilə bağlı mexanizmlər yaradılıb. Bir pəncərə prinsipinin daha da təkmilləşdirilməsi və yaşıl dəhliz və digər buraxılış sistemlərinin yaradılması üzrə əsaslı tədbirlər görülüb” – deyə o bildirib.

Xəbər lenti
0