BAKI, 19 may — Sputnik. Özbəkistanda 1500-dən çox adam dondurmadan zəhərlənib. Zəhərlənmə Əndican vilayətinin Şəhrixan rayonunda qeydə alınıb.
Sputnik Azərbaycan News.ru-ya istinadən xəbər verir ki, zərərçəkənlərə təcili tibbi yardım göstərilib. Zəhərlənənlərdən beşinin vəziyyətinin ağır olduğu bildirilir.