CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan ədəbiyyatı filmləri ssenari ilə təmin edə bilirmi?

© Photo : senet.azİlqar Fəhmi
İlqar Fəhmi - Sputnik Azərbaycan
Abunə olmaq
Kinodramaturq İlqar Fəhmi deyir ki, rejissorları ədəbiyyat oxumağa məcbur etmək lazımdır

İlqar Fəhmi: “Heç kim heç nə oxumur, ancaq deyir ki, ssenari yoxdur”
Azərbaycan kinosunun ən ciddi problemi ssenari məsələsidir. Bunu Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib. Kinodramaturq İlqar Fəhmi Sputnik Azərbaycan-a deyir ki, rejissorları ədəbiyyat oxumağa məcbur etmək lazımdır: “Rejissorlar kitab oxumurlar, materiallardan xəbərləri yoxdur. Amma hər yerdə ssenari olmadığını qışqırırlar”.

“Yaxşı əsəri, romanı, povesti axtarmaq lazımdır. Ədəbiyyatda çoxluq var və onun içindən yaxşısını seçmək lazımdır. Teatrlarda da eyni vəziyyətdir. Deyirlər dramaturq yoxdur. Hansınız gedib o əsərləri oxudunuz ki, filan əsəri səhnələşdirmək olmaz deyirsiniz. Heç kim heç nə oxumur, ancaq deyir ki, ssenari yoxdur. Yoxu da ona görə deyirlər ki, öz tənbəlliklərini ört-basdır eləsinlər” – deyə o bildirib. 

Xəbər lenti
0