BAKI, 5 may — Sputnik. Dünən axşam saatlarında Qobustan — Şamaxı yolunda, "VAZ 21-07" markalı minik avtomobili aşıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Qobustanın Sündü kəndi ərazisində baş verən qəzaya yüksək sürət səbəb olub.
Dərəyə yuvarlanan avtomobildə 3 nəfər olub. Onların bir ailə üzvü olduqları bildirilir. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin yardım göstərlib. Xoşbəxtlikdən ağır yaralı yoxdur.